Konte jurnalistləri şampanla təbrik etdi - VİDEO

11:35 27 Dekabr 2017

"Çelsi"nin baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 20-ci turunda "Brayton"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında şampan içib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis badə qaldıraraq, jurnalistləri Milad bayramı münasibətilə təbrik edib.

 

"Düzdür, Milad bayramı iki gün əvvəl idi. Amma mən bugünkü oyundan sonra sizi təbrik etmək istərdim. Sizə və ailənizə xoşbəxt yeni il arzulayıram. "Çelsi" üçün yeni ildə "Stok Siti" ilə oyun olacaq. Qalib gəlsək, yenidən sizin üçün badə qaldıracağam"


Digər xəbərlər

Xəbər xətti