Samir Nəsri Antalyanı tərk etdi

11:51 27 Dekabr 2017

Fransalı futbolçu Samir Nəsrinin hazırda üzvü olduğu “Antalyaspor”dan ayrılmaq istədiyi barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Nəsri artıq Antalyadan ayrılıb. O, qaldığı oteldən əşyalarını götürərək, şəhəri tərk edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə 30 yaşlı yarımmüdafiəçinin geri qayıtmaq istəmədiyi, klubla müqaviləsinə qarşılıqlı razılıqla xitam verməyi arzuladığı qeyd edilib.

 

Xatırladaq ki, Nəsrinin Türkiyə klubunda ilinə 7,5 milyon avro qazandığı deyilir.

Fransa millisinin sabiq üzvünün xidmətində “Marsel” və “Nitsa” kimi klublar maraqlıdı.


Digər xəbərlər

Xəbər xətti