Azərbaycanlı futbolçu Röyal Nəcəfov Türkiyədə klubunu dəyişib.
Sportarena.az xəbər verir ki, mövsümün ilk yarısını "Malatya Yeşilyurtspor"da keçirən həmyerlimiz bundan sonra "Ağrıspor"un şərəfini qoruyacaq. Təcrübəli hücumçu yeni klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Ağrı təmsilçisi 12 komanda arasında turnir cədvəlinin lideridi. Ən yaxın izləyicisi ilə arasında 9 xal fərq var.