Birinci Divizion təmsilçisi "Xəzər"in qış hazırlıq planı bəlli olub.
Sportarena.az xəbər verir ki, komanda mövsümünün ikinci yarısına hazırlığa yanvarın 4-də start verəcək. Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər.
Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Hazırlıq çərçivəsində 5 yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər barədə əlavə məlumat veriləcək.