Fatih Terim "Qalatasaray" rəhbərliyindən Etonu istədi

16:14 27 Dekabr 2017

Yenicə “Qalatasaray”ın “sükanı arxasına” keçən Fatih Terim rəhbərliyə komandasında görmək istədiyi futbolçuların adlarını təqdim edib.

 

Sportarena.az xəbər verir ki, “İmperator”un siyahısında ilk sırada hazırda “Antalyaspor”da top qovan kamerunlu hücumçu Samuel Etonun adı yer alıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Terimin mövsümün ikinci yarısında 4-4-2 taktikasından istifadə etməyi planlaşdırdığı, bunun üçün isə 36 yaşlı forvardı komandasında görmək istədiyi qeyd edilib.

 

“Antalyaspor” rəhbərliyinin kamerunlu futbolçunu göndərməyin əleyhinə olmadığı deyilir.


Digər xəbərlər

Xəbər xətti