Rəşad Sadıqovun ilk köməkçisinin adı məlum oldu

13:53 28 Dekabr 2017

21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərindən biri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “sportal.bg” saytı məlumat yayıb bolqarıstanlı Vladislav Yanuş U-21-in məşqçilər korpusunda yer alacaq. O, komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.

 

Qeyd edək ki, Yanuş milli komandalarda çalışan ikinci bolqar mütəxəssis olacaq. Ondan əvvəl Qurban Qurbanovun “Qarabağ”dakı köməkçisi Çudomir Çakarov əsas milliyə təyinat alıb.

 

Əlavə edək ki, Asenovqrad şəhərində anadan olan Yanuş ölkəsində “Lokomotiv” (Plovdiv) və “Beroe” klublarında çalışıb. Son illərdə “Vereya” və “Liteks” klublarında Jivko Jelevin köməkçisi işləyib.


Digər xəbərlər

Xəbər xətti