Braziliya millisinin və PSJ-nin müdafiəçisi Dani Alve Yeni ili Azərbaycanda qarşılayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər yayıb. 34 yaşlı futbolçunun dekabrın 31-də Bakıdakı “Hilton” otelində təşkil ediləcək Yeni il şənliyinə qatılacağı bildirilib.