"Liverpul"da ciddi itki - Kapitan sıradan çıxdı

10:56 29 Dekabr 2017

“Liverpul” itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutmuş “Arsenal”la səfər oyununda (3:3) sıradan çıxan kapitan Cordan Henderson uzun müddət komandasına kömək edə bilməyəcək. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. “Topçular”la görüşün 13-cü dəqiqəsində zədələnərək meydanı tərk etməli olan yarımmüdafiəçi ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

 

Bu da o deməkdi ki, 27 yaşlı futbolçu İngiltərə kubokunun “Everton”, həmçinin, Premyer Liqanın “Lester”, “Bernli”, “Mançester Siti”, “Suonsi” və “Haddersfild”lə görüşlərini buraxmalı olacaq. “Liverpul” onun fevralın 14-də keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinin “Portu”ya qarşı ilk oyuna kimi sıraya qayıdacağına ümid edir.


Digər xəbərlər

Xəbər xətti