“Beşiktaş”ın hücumçusu Cenk Tosunun İngiltərənin “Everton” klubunun diqqət mərkəzində olması barədə məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, Liverpul təmsilçisinin baş məşqçisi Sem Ellerdays türkiyəli hücumçunun xidmətində maraqlı olduqlarını rəsmən açıqlayıb. O, İngiltərə mətbuatına açıqlamasında Cenklə yanaşı, daha bir neçə hücumçunu diqqət mərkəzində saxladıqlarını deyib:
“Cenk və daha bir neçə futbolçuyla maraqlanırıq. Çünki irəli xətdə istifadə edə biləcəyimiz futbolçuya ehtiyacımız var. Dövrələrarası fasilədə hücumçu transfer etmək üçün axtarışdayıq. Bu mövqe ilə bağlı problemi həll edib, daha çox qol vurmalıyıq".