Türkiyənin “Qalatasaray” klubunda prezident seçkilərinə namizədlər müəyyənləşib.
Sportarena.az xəbər verir ki, yanvarın 20-də keçiriləcək növbədənkənar prezident seçkilərində iki namizəd olacaq. Bunlar hazırkı prezidenti Dursun Özbək və Mustafa Cengizdi. Onların müraciəti artıq qəbul olunub.
Qeyd edək ki, yeni seçiləcək prezident 3 il müddətində bu postda çalışacaq.