"Barselona" ona ömürlük müqavilə təklif etdi

11:37 30 Dekabr 2017

Barselona” müdafiəçisi Serxio Roberto ilə uzunmüddətli əməkdaşlıq etmək niyyətindədi.

 

Sportarena.az xəbər verir ki, Serxionun karyerasının sonuna qədər “Barsa”da qalması üçün ona ömürlük müqavilə təklif olunub. Müdafiəçi agenti ilə birgə təklifi müzakirə edərək, öz şərtlərini irəli sürüb. Hazırda “Barselona” rəhbərliyi bu şərtləri müzakirə edir. Klub rəhbərliyindən etiraf ediblər ki, şərtlərlə bağlı müəyyən fikir ayrılığı var. Ancaq o da vurğulanıb ki, çətin həll olunası şərtlər yoxdu. Rəhbərlik ümid edir ki, yaxın həftələrdə müqavilə imzalanacaq.

 

25 yaşlı Serxio Roberto “Barselona”nın əsas komandasında 2011-ci ildən çıxış edir. Onun qüvvədə olan müqaviləsi 2019-cu ildə başa çatır.


Digər xəbərlər

Xəbər xətti