“Milan”ın futbolçusu Leonardo Bonuççinin komandanı tərk etmək istədiyi barədə məlumat yayılıb.
Sportarena.az xəbər verir ki, Bonuççinin agenti Alessandro Luççi məsələ ilə bağlı açıqlama verib. O, müştərisinin belə fikrinin olmadığını vurğulayıb:
“Leonardo “Milan”ın futbolçusudu. O, bu klubda çıxış etməklə bağlı qərar verib və bu yolla da davam edəcək. O, peşəkardı, liderdi".
Qeyd edək ki, Bonuççi “Milan”a bu ilin yayında “Yuventus”dan 40 milyon avroya transfer olunub. O, hazırda komandanın kapitanıdı.