"Qarabağ"ın futbolçusu ölkəsinin prezidentilə görüşdü - FOTO

12:23 31 Dekabr 2017

“Qarabağ”ın futbolçusu Donald Gerye Haiti Respublikasının prezidentinin qəbulunda olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə oyunçu öz "İnstagram" hesabında məlumat verib. Gerye ölkə başçısı ilə fotonu sosial şəbəkədə paylaşıb.

 

28 yaşlı futbolçufotonu bu başlıqla paylaşıb: “Dəvət üçün çox təşəkkür edirəm, cənab prezident Xovenel Moyse. Sizə və Haitiyə hər şeyin ən yaxşısını arzulayıram”.

 

Qeyd edək ki, Donald Gerye “Qarabağ”a bu mövsümün əvvəlində Türkiyənin “Alanyaspor” klubundan transfer olub.

 


Digər xəbərlər

Xəbər xətti