Türkiyənin “Qaziantepspor” klubu fəaliyyətini dayandırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb. Açıqlamada maddi çətinliyə görə klubun bu qərarı verdiyi bildirilib.
Qeyd edək ki, 1969-cu ildə yaradılan Qaziantep təmsilçisi ötən mövsüm Superliqanı tərk edib. Hazırda isə komanda birinci divizionda sonuncu yerdədir.