London “Arsenal”ının baş məşqçisi Arsen Venger rekorda imza atıb.
Sportarena.az xəbər verir ki, fransız mütəxəssis İngiltərə Premyer Liqasındakı matç sayına görə mütləq rekordçu olub. 68 yaşlı məşqçi bunu çempionatın 21-ci turunda “Vest Bromviç”lə səfər oyununda rəsmiləşdirib. 1:1 hesabıyla başa çatan görüş Vengerin İngiltərə çempionatındakı 811-ci qarşılaşma olub.
Xatırladaq ki, bundan əvvəlki rekord “Mançester Yunayted”in əfsanəvi sabiq çalışdırıcısı Aleks Ferqyusona məxsus idi. O, “qırmızı şeytanlar”ı 810 çempionat matçına çıxarmışdı.
Venger “Arsenal”a 1996-cı ildən rəhbərlik edir. O, London təmsilçisi ilə üç dəfə İngiltərə çempionu olub (1997/98, 2001/02, 2003/04).