“Qızıl samba” Neymara verildi

10:18 2 Yanvar 2018

Braziliyada “Qızıl samba” mükafatının sahibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu mükafat Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya verilir. Mükafat PSJ-nin futbolçusu Neymara təqdim olunub.

 

Neymar səslərin 27,71 faizini toplayıb. O, “Liverpul”un oyunçusu Filipe Koutinyonu geridə qoyub - 16,64 faiz. “Real”ın futbolçusu Marselo 14,43 faiz səs toplayıb.

 

Neymar bu mükafatı 3-cü dəfə qazanıb. O, 2014, 2015-ci illərdə də ən yaxşı olmuşdu.


Digər xəbərlər

Xəbər xətti