“Bavariya” “Şalke”nin yarımmüdafiəçisi Leon Qoretska ilə anlaşıb.
Sportarena.az xəbər verir ki, Qoretska mövsümün sonunda “Bavariya”ya keçəcək. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Məlumata görə, tərəflər arasında prinsipial razılıq təxminən 2 ay əvvəl əldə edilibmiş .
Qoretska ilə “Barselona” da ciddi maraqlanırdı. Amma “Bavariya” rəhbərliyi “Barsa”nı qabaqlayaraq, futbolçunu Münhenə gəlməyə razı sala bilib.
“Bavariya”nın futbolçuya ildə 12 milyon avro məvacib verəcəyi deyilir. O, “Şalke”ni azad agent kimi tərk edəcək.