“Lester” Silvaya qovuşdu

11:14 2 Yanvar 2018

İngiltərənin “Lester” klubu nəhayət ki, portuqaliyalı yarımmüdafiəçi Adrien Silvanı bu mövsüm üçün sifariş edib.

 

Sportarena.az xəbər verir ki, sözügedən futbolçu hələ 2017-ci ilin avqust ayında, transfer pəncərəsinin son günündə Portuqaliya "Sportinq"indən Premyer Liqa klubuna keçmişdi. Lakin FİFA-ya göndərilən sənədlər 14 saniyə gecikdirildiyinə görə, “Lester” yeni transferini sifariş edə bilməmişdi. Bununla bağlı müafiq qurumlara apellyasiya şikayətləri də bəhrəsiz qalmışdı.

 

Avropada transfer pəncərəsi bağlanan kimi, "Lester"in də həsrətinə son qoyulub.

 

Silva artıq “Lester”də debüt matçına da çıxıb. O, dünən Premyer Liqanın 22-ci turu çərçivəsində “Haddersfild”lə ev oyununun 83-cü dəqiqəsində meydana daxil olub.


Digər xəbərlər

Xəbər xətti