İngiltərənin “Liverpul” klubu aparıcı futbolçularından birini itirib.
Sportarena.az xəbər verir ki, söhbət misirli xavbek Məhəmməd Salahdan gedir. O, Premyer Liqanın 21-ci turu çərçivəsində “Lester”lə səfər oyununda (2:1) zədələnib. Ayağından zədə almış futbolçunun iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Xatırladaq ki, Salah “Lester”lə görüşdə dubla imza atmaqla, komandasına vacib qələbə qazandırıb. Lakin 83-cü dəqiqədə zədələndiyi üçün məcubiri əvəzlənməli olub.