"Reyncers" "Qəbələ"ni razı sala bildi - Onu geri qaytarır

12:53 2 Yanvar 2018

“Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey müqaviləylə məxsus olduğu “Reyncers”ə qayıdacaq.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı futbolçunun “qırmızı-qaralar”la müqavilə müddəti mövsümün sonuna kimi nəzərdə tutulsa da, tərəflər arasındakı danışıqlardan sonra icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə razılıq əldə edilib. Bu barədə məlumatı Britaniyanın “thescottishsun.co.uk” saytı yayıb. Xəbərdə Qlazqo təmsilçisinin son 24 saatda “Qəbələ” tərəfi ilə Hallideyin icarə müqaviləsinə xitam verilməsi ilə bağlı danışıqlar apardığı və sonda razılıq əldə edildiyi vurğulanıb.

 

Hallideyin tezliklə ABŞ-ın Florida ştatında təlim-məşq toplanışına start verəcək “Reyncers”in düşərgəsinə qatılacağı gözlənilir.

 

Ötən ilin yayında icarəyə götürülən şotlandiyalı futbolçu, cari mövsümdə “Qəbələ”nin heyətində 3-ü Premyer Liqa, 1-i ölkə kuboku, 4-ü isə Avroliqada olmaqla, cəmi 8 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti