"Sumqayıt" dövrələrarası fasilə zamanı Elnur Abdullayev və Nicat Qurbanovdan sonra növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, "kimyaçılar" "Qəbələ"nin üzvü Ülvi İsgəndərovu icarəyə götürüb. 1997-ci il təvəllüdlü futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Ülvi yeni klubunda 70 nömrəli forma ilə çıxış edəcək.
Ülvi İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vurmaqla bombardirlər siyahısında ilk pillədə qərarlaşıb.