"Liverpul"un futbolçusu həbs oluna bilər

14:38 2 Yanvar 2018

“Liverpul”un müdafiəçisi Deyan Lovren məhkəmə qarşısına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Lovren yalan ifadə verməkdə ittiham olunur. Onun, Zaqreb “Dinamo”sunun sabiq prezidenti Mamiçə qarşı işdə yalan ifadə verdiyi bildirilir. Mamiç transferlər zamanı maxinasiyaya əl atmaqda şübhəli bilinir.

 

Məhkəmə prosesi bu gün Xorvatiyada keçiriləcək. Xorvatiya prokurorluğundan verilən məlumatda bildirilir ki, futbolçunun günahı sübut edilsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.

 

Yayda eyni ittihamlar “Real”ın futbolçusu Luka Modriçə qarşı da irəli sürülmüşdü.


Digər xəbərlər

Xəbər xətti