“Mançester Siti”nin hücumçusu Serxio Aquero komandadan ayrıla bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Məlumatda bildirilir ki, 29 yaşlı forvard bu ilin yayında Rusiyada keçiriləcək dünya çempionatından sonra vətəninə qayıtmaq istəyir. Argentina millisinin üzvü karyerasını “İndependyente”də davam etdirmək fikrindədir.
Qeyd edək ki, Aquero “Mançester Siti”yə 2011-ci ildə “Atletiko”dan keçmişdi. Onun "şəhərlilər"lə müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.