Səbailin futbolçusu: "İndi özünü qurban etməlisən" - MÜSAHİBƏ

16:39 2 Yanvar 2018

"Səbail"in futbolçusu Tamazi Tsetsxladze klubun "facebook" səhifəsindəki "ON SUAL" rubrikasının qonağı olub.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Necə oldu ki, futbolçu karyerasını seçdin?
- Uşaqlıqda mən Ronaldinyonun heyranı idim və onun kimi oynamaq istəyirdim. Lakin, mən o vaxt heç də yaxşı oynamırdım və mənim həmyaşıdlarım mənimlə futbol oynamaq istəmirdilər, bu da mənim çox xətrimə dəyirdi. Ancaq eyni zamanda da həmyaşıdlarımı keçmək üçün məni motivasiya edirdi ki, daha da qətiyyətlə məşq edim. Beləcə, mən futbol ilə məşğul olmağa başladım.

 

- Karyeranın əsas matçı və ya ən yaddaqalan epizodu haqqında nə deyə bilərsən?
- Bu dəqiqə ən yaddaqalan epizod - “Səbail”ın “Neftçi”yə qarşı olan matçıdı, hansı ki, biz 1:0 hesabı ilə qalib olmuşduq. Bu matçın komandamız üçün tarixi əhəmiyyəti var idi, çünki “Səbail” ilk dəfə Premyer Liqada qalib oldu.

 

- Futbolda kumirin?
- Mənim futbolda kumirim Fabio Kannavarodu.

 

- Hobbi və maraqların?
- Boş vaxtımda "Sony Playstation 4" oynamağı xoşlayıram. Hobbiyə gəldikdə isə, əhval-ruhiyyəm yaxşı olanda kitab oxuyuram, mütaliəni sevirəm.

 

- Ən sevdiyin film, musiqi və kitab?
- Ən sevdiyim film - "The last of the Mohicans”, musiqi - “Ray Charles - Mother” və sevdiyim kitab isə “ Karl Menninger - Man against himself”.

 

- Həyatının əsas qaydası…
- "Gələcəkdə istədiyin məqama çatmaq üçün indi özünü qurban etməlisən". Yəni qarşına məqsəd qoymalısan və bu məqsədə çatmaq üçün çox çalışmalısan.

 

- İnsanlarda ən çox nəyə dəyər verirsən?
- Mən insanlarda ən çox sadəliyə, mədəniyyətə və məqsədyönlülüyə dəyər verirəm.

 

- Karyeranda əsas məqsədin?
- Karyeramın əsas məqsədi - dünya çempionatında Gürcüstanın milli yığması ilə iştirak etmək.  

 

- Gənc futbolçulara məsləhətin?
- Zəhmətkeş olmaq və heç vaxt həvəsdən düşməmək. Ola bilsin, indi sizə heç kim fikir vermir, ancaq Allah mütləq zəhmətinizə qiymət verəcək.

 

- Azarkeşlərinə müraciətin?
- Azarkeşlərimə onların dəstəklərinə görə minnətdarlığımı bildirirəm. Onlar oyunda mənə böyük motivasiya verirlər. Bizim azarkeşlərimiz - bizim 12-ci oyunçumuzdu. Varlığınıza görə təşəkkür edirik!


Xəbər xətti