“Yuventus”un yarımmüdafiəçisi Marko Pyatsa mövsümün ikinci yarısını Almaniyada keçirəcək.
Sportarena.az xəbər verir ki, xorvatiyalı futbolçu “Şalke” ilə anlaşıb. Turin təmsilçisi əsas heyətə düşməkdə çətinlik çəkən 22 yaşlı oyunçunu Bundesliqa təmsilçisinə 6 aylıq icarəyə verib.
Qeyd edək ki, Marko Pyatsa 2016-cı ildən “Yuventus”da çıxış edir.