Yanvarın 1-dən etibarən futzal üzrə Yüksək Liqada “transfer pəncərəsi” açıq elan edilib.
Sportarena.az xəbər verir ki, klublar fevralın 10-dək davam edəcək bu müddət ərzində heyətlərinə cəlb edəcəyi yeni oyunçuları AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçirə və lisenziya ala bilərlər.
Futzal üzrə Birinci Liqada isə “transfer pəncərəsi” yanvarın 15-də açılacaq.