İrlandiyalı futbolçu Kevin O'Konnor yeni ili xoş əhval-ruhiyyədə qarşılayıb.
Sportarena.az xəbər verir ki, Kevin milad lotereyasında 1 milyon avro udub. Bu barədə İrlandiya milli lotereyasının "Tvitter" hesabında məlumat verilib.Lotereya biletini futbolçuya onun dayısı hədiyyə edib.
22 yaşlı Kevin O'Konnor İngiltərənin Çempionşip liqasında çıxış edən "Preston" klubunda oynayır.