Cari mövsümün ilk yarısını “Araz”da keçirən Karvalyo dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.
Sportarena.az AFF-nin "facebook" səhifəsinə istinadən xəbər verir ki, o, dünən Braziliyanın “Kopagril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.
“Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalyo dos Santos 9 (YL-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.