Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanın Türkiyənin “Beşiktaş” klubuna keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, ötən gün İstanbula gələn, bu gün səhər saatlarında tibbi müayinədən keçən 28 yaşlı futbolçu “qara qartallar”la 4,5 illik müqaviləyə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, karyerası ərzində “Osiyek”, “Bayer” və Zaqreb “Dinamo”sunda çıxış etmiş Vidanın son klubu Kiyev “Dinamo”su olub.