PSJ-nin futbolçusu Lukas Moura karyerasını İngiltərə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Braziliyalı yarımmüdafiəçini “Mançester Yunayted” icarəyə götürmək istəyir. PSJ-nin də Mouranı icarəyə göndərməyi planlaşdırdığı bildirilir.
Qeyd edək ki, Moura ilə İtaliya və Çin klubları da maraqlanır. Futbolçu özü də daima oynaya biləcəyi bir kluba keçmək istəyir.