"Qarabağ"ın almaq istədiyi futbolçu itkin düşüb

18:21 3 Yanvar 2018

"Gənclərbirliyi"nin futbolçusu Tokelo Rantye 82 gündü yoxa çıxıb.
 
Sportarena.az xəbər verir ki, futbolçunun klub rəhbərliyinin idarəçiliyindən narazı olduğu üçün qaçdığı iddia edilir. Futbolçu 2017-ci il oktyabrın 15-də "Anam xəstədi" deyərək Ankaradan ayrılıb. 82 gündü itən futbolçunun müqaviləsinə xitam vermək istəyən "Gənclərbirliyi" UEFA və Türkiyə Futbol Federasiyasına müraciət edib. 
 
"Gənclərbirliyin"in dünyasını dəyişmiş prezidenti İlhan Cavcav ona təklif edilən hazırda "Başakşəhər"in formasını geyən Emmanuel Adebayoru baha olduğu üçün almayıb əvəzinə 2016-cı ildə 550 min avroya Rantyeni gətirmişdi. Ancaq İlhanın ölümündən sonra onun oğlu Murat Cavcavın idarəçiliyinə görə xoşbəxt olmayan futbolçunun da məhz bu səbəbdən qaçdığı öyrənilib. Sonuncu dəfə 8-ci turda "Beşiktaş"la oyunda heyətdə olan futbolçudan təxminən 82 gündü xəbər yoxdu.
 
Ötən ilin yayında "Qarabağ" da bu futbolçu ilə danışıqlar apararaq heyətinə qatmaq niyyətində idi.


Digər xəbərlər

Xəbər xətti