La Liqada teleyayımdan hansı klub nə qədər qazandı?

10:53 4 Yanvar 2018

Ispaniya La Liqasında 2017-ci ildə teleyayımdan əldə edilən gəlirlər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, “Barselona” teleyayımdan ən çox qazanc əldə edən klubdu. Kataloniyalılar buna görə 146 milyon avro alıblar.

 

“Real”ın qazancı 6 milyon avro az olub - 140. Üçüncü yerdə isə Madrid “Atletiko”su qərarlaşıb - 99 milyon avro. La Liqada çıxış edən 20 klub, ümumilikdə teleyayımdan 1 milyard 247 milyon avro gəlir əldə edib.

 

Bu göstərici 2016-cı ilə nisbətən 10 milyon avro çoxdu.


Digər xəbərlər

Xəbər xətti