Bolqarıstanın ÇSKA klubunun məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “topsport.bg” saytı yayıb. Xəbərdə Sofiya təmsilçisinin akademiyasında çalışan fiziki hazırlıq üzrə mütəxəssisin karyerasını “Qarabağ”da davam etdirəcəyi vurğulanıb.
24 yaşlı mütəxəssis ötən ildən çalışdığı ÇSKA-nın futbol akademiyasında yeniyetmə və gənc futbolçuların fiziki hazırlığının yüksəldilməsinə nəzarət edirdi.