İtaliya A seriyasında daha bir məşqçi istefası baş verib.
Sportarena.az xəbər verir ki, “Torino” baş məşqçi Sinişa Mihayloviçi qovub. İtaliya kubokunda “Yuventus”a məğlub olduqdan (0:2) sonra rəhbərlik onunla yolları ayırmaq qərarına gəlib.
“Torino” son 17 oyunda cəmisi 3 qələbə qazanıb. Mihayloviç komandaya 2016-cı ilin yayından rəhbərlik edirdi.