"Arsenal" rəhbərliyi Dortmunq "Borussiya"sının hücumçusu Pyer-Emerike Obameyanqa göz dikib.
Sportarena.az xəbər verir ki, bu barədə italyan jurnalist Canluka Di Martsio məlumat yayıb. "Topçular" Aleksis Sançesin gedəcəyi təqdirdə Obameyanqı onun yerinə almağı planlaşdırır.
29 yaşlı çilili futbolçunun müqaviləsi bu ilin yayında başa çatacaq. O, alman klubu ilə sazişi yeniləməyib.
Qeyd edək ki, Obameyanq "Mançester Siti"nin də maraq dairəsindədir.