Millimizin sabiq üzvü klubsuz qaldı

16:37 4 Yanvar 2018

Millimizin sabiq müdafiəçisi Ufuk Budak klubsuz qalıb.

 

Sportarena.az xəbər verir ki, cinah müdafiəçisi mövsümün əvvəlindən çıxış etdiyi "Samsunspor" klubundan ayrılıb. Bu barədə məlumatı Samsun təmsilçisinin idman direktoru Coşkun Zeren verib. Klub rəsmisi bildirib ki, Ufukla yanaşı 5 futbolçu maaşını ala bilmədiyi üçün komandadan ayrılıb. Millimizin sabiq üzvüvün keçmiş klubu "Manisaspor"la danışıqlar apardığı bildirilir. 

 

Qeyd edək ki, Ufuk Budak "Smasunspor"a "Manisaspor"dan transfer olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti