Birinci divizion təmsilçisi "Xəzər" qış fasiləsində növbəti transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, mövsümün birinci yarısını Premyer Liqa təmsilçisi "Kəpəz"də keçirmiş 24 yaşlı yarımmüdafiəçi Aydın Qasımovla mövsümün sonuna qədər müqavilə imzalanıb. Bu barədə məlumatı klubun "facebook" səhifəsi yayıb.
Xatırladaq ki, Aydın Qasımov daha əvvəl AZAL-ın, “Qaradağ Lökbatan” və MOİK klublarının da şərəfini qoruyub.