Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlanın yeni klubu bəlli olub.
Sportarena.az xəbər verir ki, 38 yaşlı futbolçu karyerasını Honq Konq Premyer Liqa təmsilçisi “Kitçi”də davam etdirəcək. Bu barədə məlumatı klub yayıb. Məlumatda Forlanın yanvarın 10-da komandaya qoşulacağı qeyd edilib.
Karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Vilyarreal”, “Atletiko” kimi komandalarda top qovmuş uruqvaylı hücumçunun son iş yeri Hindistanın “Mumbai Siti” klubu olub.