Türkiyə Futbol Federasiyanın prezidenti Yıldırım Demirören Türkiyə futbolundakı yenilik barədə danışıb.
Sportarena.az xəbər verir ki, Demirörenin sözlərinə görə, gələn ildən VAR (Video Hakim Proqramı) proqramı istifadəyə veriləcək. Bununla da, matçlarda yaranacaq mübahisəli epizodlara yerindəcə qiymət veriləcək.
Demirören bildirib ki, dünyada bu texnologiya 4 mübahisə mövzusunda işlədilir, bizdə isə nə qədər olacaq bilinmir.