“Lester”in futbolçusu Riyad Mahrez daha güclü klubda çıxış edə bilər.
Sportarena.az xəbər verir ki, “Lester” rəhbərliyi Riyadı nəyin bahasına olursa-olsun heyətdə saxlamağı düşünmür. Əlcəzairli futbolçu qışda başqa kluba satıla bilər. “Lester”in baş məşqçisi Klod Pyuel də bu məsələyə münasibət bildirib. O, hər şeyin futbolçunun özündən asılı olacağına işarə edib:
“Mahrezi nə vaxta qədər saxlamağa çalışacağıq? Bu futbolçu mənim xoşuma gəlir. Yaxşıları saxlamağın tərəfdarıyam. Amma biz bu sualı onun özünə verəcəyik”.
Yayda Mahrezin “Roma”ya keçidi son anda baş tutmamışdı.