Futbol üzrə Türkiyə yığmasının və “Beşiktaş”ın hücumçusu Cenk Tosunun İngiltərənin “Everton” klubuna keçidi rəsmiləşib.
Sportarena.az xəbər verir ki, artıq Liverpul təmsilçisi rəsmi saytı vasitəsilə türkiyəli futbolçunun transferinin tamamlandığını açıqlayıb. Tərəflər 4,5 illik müqaviləyə imza atıblar.
“Everton” 26 yaşlı futbolçunun keçidinə görə, qarşı tərəfə 28 milyon avro transfer haqqı ödəyəcək. Premyer Liqa klubu bu məbləğin 24 milyonunu nəğd, qalan 4 milyonunu isə Cenkin performansından asılı olaraq, qarşıdakı illərdə ödəyəcək. Hücumçu özü isə yeni klubunda ilinə 4 milyon avro qazanc əldə edəcək.
Qeyd edək ki, bu, Türkiyə futbolu tarixində ən bahalı transferdi. Mövsümün əvvəlində “Başakşəhər”in futbolçusu Cengiz Ünder İtaliyanın “Roma” klubuna 15 milyon avroya transfer olunsa da, Cenk ondan demək olar ki, ikiqat baha qiymətə satıldı.