Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığı davam etdirir.
Sportarena.az klubun “Facebook” səhifəsinə istinadən xəbər verir ki, toplanışının ikinci günündə "qırmızı-qaralar” erkən saatlarda məşqlərə start verib. Komanda ilk olaraq fitnes zalında məşq edib.