Fransanın PSJ klubu iki futbolçusunu cəzalandıracaq.
Sportarena.az xəbər verir ki, söhbət Paris təmsilçisinin hücumçusu Edinson Kavani ilə yarımmüdafiəçi Xavyer Pastoredən gedir. Onların hər ikisi yeni il bayramı ilə əlaqədar verilmiş istirahətdən sonra klubun düşərgəsinə vaxtında qayıtmayıblar.
Hər iki futbolçu yanvarın 3-də artıq komandan məşqində iştirak etməli olsa da, onlar həmin gün düşərgədə olmayıblar. Bu üzdən də klub rəhbərliyi Kavani ilə Pastoreyə pul cəriməsi kəsəcək. Cərimənin məbləği açıqlanmır.