Birinci Divizion təmsilçisi “Binə” gənc futbolçusu Fərid Abbaslı ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun “Facebook”dakı səhifəsi məlumat yayıb. Məlumatda bildirilir ki, qarşılıqlı razılaşmaya əsasən Fərid Abbaslının klubla müqaviləsinə xitam verilib. Bu mövsüm "Binə"nin heyətində uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən 20 yaşlı müdafiəçi bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.
“Binə” göstərdiyi xidmətlərə görə Fərid Abbaslıya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.