“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib.
Sportarena.az xəbər verir ki, klubun əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub. Bu barədə məlumatı klubun saytı yayıb. Bunadək "Qəbələ"nin U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.
Xatırladaq ki, 2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb.