"Keşlə" bosniyalı hücumçu transfer edir?

11:13 8 Yanvar 2018

“Keşlə” heyətinə yeni legioner cəlb edə bilər.

 

Sportarena.az xəbər verir ki, paytax klubu bosniyalı hücumçu Süleyman Krpiçə təklif göndərib. Bunu futbolçunun agenti Samir Mexiç Bosniya və Hersoqovina mətbuatına açıqlamasında deyib. O, 27 yaşlı futbolçunun transferində tələsmədiklərini bildirib:

 

“Krpiçə bir neçə təklif gəlib “Şkendiya” (Makedoniya), “İrtış” (Qazaxıstan) və Bakı “İnter”ini (əslində “Keşlə”) qeyd edə bilərəm. Ancaq hələ fikirləşmək istəyirik”.

 

Qeyd edək ki, Bonsiya və Hersoqovinanın “Sloboda Tuzla” klubunda çıxış edən Krpiç bu mövsüm 13 oyuna 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti