U-21 millimizin futbolçusu Ozan Can Kökçünün şərəfini qoruduğu “Valveyk” yoxlama görüşündə qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, Hollandiyanın ikinci liqa təmsilçisi 4-cü divizionda çıxış edən DOVO-nun qonağı olub. Millimizin üzvü də bu matçın iştirakçısı olub. O, görüşün 65-ci dəqiqəsində qarşılaşmada son qolu vuraraq, komandasının böyük hesablı qələbəsinə (4:0) töhfə verib.
Xatırladaq ki, Ozan Can Kökçü keçən il millimizdə çıxış etməkdən imtina etsə də, sonradan fikrini dəyişib. U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov 19 yaşlı futbolçunu Antalyada baş tutacaq təlim-məşq toplanışına dəvət edib.