"Barselona"nın futbolçusu Arda Turanın yeni klubunun adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Cari mövsümdə La Liqada heç bir oyuna çıxmayan yarımmüdafiəçi Superliqa təmsilçisi "Başakşəhər"lə razılıq əldə edib. Tərəflər bütün məsələlərdə razılıq əldə edib. İstanbul klubu "Barselona" ilə razılıq əldə edərsə, transfer tamamlanacaq.
Arda Turanın "Arsenal", "Everton" və "Milan"a keçmək variantları olsa da, məsələ ciddiləşməyib. Bununla da oyunçunun yaxın günlərdə Türkiyəyə qayıtması gözlənilir.