Mahir Şükürovdan Koutinyo paylaşımı - FOTOLAR

14:18 8 Yanvar 2018

Millimizin və “Neftçi”nin sabiq futbolçusu Mahir Şükürov “Barselona”nın yeni transferi Filippe Koutinyonun ona bağışladığı formasını nümayiş etdirib.

Sportarena.az xəbər verir ki, o, “Liverpul”dan “Barselona”ya iri məbləğdə transfer olunan braziliyalı futbolçunun 4 il əvvəl ona İtaliyada hədiyyə etdiyi Milan “İnter”inin formasını sosial şəbəkədə paylaşıb və yazıb:

“Azərbaycanda tək dəyişə biləcəyiniz futbolçu ilə köynək dəyişdiniz”.

Xatırladaq ki, Filippe Koutinyolu “İnter” 2012-ci ildə Mahir Şükürovun formasını geyindiyi “Nefçi” ilə Avropa Liqasının eyni qrupunda mübarizə aparıb. Oktyabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda “İnter” 3:1 hesabı ilə qalib gəlib və hesabı açan futbolçu (10-cu dəqiqədə) da məhz Koutinyo olub. Dekabrın 6-da İtaliyada keçirilmiş cavab oyununda isə “İnter” “Neftçi”yə qalib gələ bilməyib - 2:2.  


Digər xəbərlər

Xəbər xətti