“Səbail” yanvarın 20-dən fevralın 2-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında iştirak edəcək.
Sportarena.az xəbər verir ki, Premyer Liqanın debütantı Antalyada 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Artıq Samir Əliyevin yetirmələrinin qarşılaşacağı 3 rəqib bəllidi.
Komanda ilk oyununu yanvarın 23-də, Odessa “Çernomorets”inə (Ukrayna) qarşı keçirəcək. “Səbail” bundan 3 gün sonra “Napredak”la (Krusevats, Serbiya), yanvarın 29-da isə “Lokomotiv”lə (Plovdiv, Bolqarıstan) qarşılaşacaq. Digər komandanın adına isə hələ aydınlıq gəlməyib.
“Səbail” toplanış zamanı “Miracle Lara Hotel”də məskunlaşacaq.